Avtomobilimizə dəyən hər hansı ziyandan necə sığortalanaq - AÇIQLAMA

İnsanlar avtomobillərini sığortalamaq üçün kaskoya müraciət edirlər. Kasko, icbari sığorta kimi qəzadan sonra avtonəqliyyat vasitələrinin hissələrinin bərpa edilməsi zamanı meydana gələ biləcək xərclərin ödənilməsinə xidmət edir.
Bəs bu zaman zərərin nə qədər hissəsi mülk sahibinə verilir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, könüllü sığorta növü olan kaskoda avtomobil dəyərində sığortalanır.

"Kasko sığorta avtomobilin könüllü sığortasıdır. Yəni avtomobillərin icbari sığortası kimi məcburi deyil. Mahiyyəti ondan ibarətdir ki, avtomobilimizə dəyən hər hansı bir ziyandan özümüzü sığortalamış oluruq. Avtomobil əgər dəyərində sığortalanırsa, müqaviləyə əsasən franşiza tətbiq olunur. Franşiza azadolma məbləği deməkdir. Yəni sığorta şirkətinin ödəmədiyi bir məbləğdir. Məsələn, deyək ki, avtomobil 50 min manat civarında sığortalanıb və avtomobilin bazar dəyəri də 50 min manatdır, bu zaman avtomobilə 5-10 min manat dəyərində zərər dəyibsə, sığorta şirkəti ödəniş etməmişdən öncə franşizanı çıxacaq. Misal üçün, 10 min ziyan dəyibsə, 500 manat franşiza tətbiq olunubsa, deməli, avtomobilə 9 500 manat ödəniş olacaq".
Ekspertin sözlərinə görə, insanlar sığortaya qəzadan sonra üz tuturlar ki, bu da gec olur.
"Əfsuslar olsun ki, hadisə başımıza gələndə, sığorta yadımıza düşür. Bu dəqiqə insanlar avtomobili sığortalamaqdan qaçırlar. Çox təəssüflər olsun ki, bunun fərqinə çox gec varırıq. Şirkətlərdən asılı olaraq qiymətlərdə fərq var. Hər bir şirkət bəlli tariflər irəli sürülür. O tarif əsasında avtomobil sığorta haqqı müəyyən olunur. Məsələn, sığorta şirkəti 50 minlik avtomobilə 3 faiz, digəri 2.7 faiz tətbiq edə bilər. Bu sığorta şirkətinin özünün andritik, zərərlilik hesablamalarından asılıdır", - deyə Nicat Əlibəyli bildirdi. (redaktor.az)
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB










