Azad olunmuş ərazilərin minalardan təmizlənməsi - RƏSMİ

“İşğaldan azad olunan ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə, bu işlərin başa çatdırılması isə 10 il müddətində nəzərdə tutulur”.
APA xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov söyləyib.
O bildirib ki, ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500 ədəd piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb.
“Hazırda partlamamış silah-sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrinin təmizlənməsi 3-5 ilə, tam olaraq bu işlərin başa çatdırılması isə 10 il müddətində başa çatdırılması nəzərdə tutulur.
10 il dedikdə, bu, insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən tam olaraq azad olunma, ucqar dağlıq ərazilərdə, əkin-otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur”.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












