Azərbaycan Almaniyadan avtomobil idxalını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana Almaniyadan ümumi dəyəri 77,107 mln. ABŞ dolları olan 6 385 yeni minik avtomobili idxal edilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 52,2%, dəyər ifadəsində isə 42,6% artıb. İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 000-1 500 kub sm (8,360 mln. dollarlıq 2 374 vahid) olan avtomobillər olub. Dəyər ifadəsində isə idxalda ən böyük pay sahibi mühərriklərinin həcmi 1 500-3 000 kub sm olan (47,342 mln. dollarlıq 1 678 ədəd) nəqliyyat vasitələri olub.
Qeyd edək ki, cari ilin ilk yarısında Almaniyadan Azərbaycana dəyəri 1,328 mln. dollar olan 24 hibrid minik avtomobili gətirilib. İdxal olunmuş tam elektrik mühərrikli avtomobillərin sayı isə 10-a bərabər olub (758,18 min dollar dəyərində).
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










