Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 24 faiz artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 171 milyon ABŞ dolları dəyərində 63 401 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Avtosfer.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,1 % çox və 23,9 % çoxdur. İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,35 dəfə artaraq 305 ədəd (20,253 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 26,1 % artaraq 58 044 ədəd (1 milyard 60,459 milyon ABŞ dolları dəyərində) təşkil edib. Bu avtomobillərin 29 958-i (601,25 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 180-i (38,13 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 2,3 dəfə artması, ikincinin isə 34,15 % azalması deməkdir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 0,5 % azalaraq 4 759 ədəd (57,146 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 17,2 % artaraq 293 ədəd (28,133 milyon ABŞ dolları dəyərində) olub.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












