Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1 412 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib. Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 44,289 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 559 ədəd və ya 28,4%, dəyər ifadəsi ilə isə 34,194 milyon ABŞ dolları və ya 43,6% azdır.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 74 481 ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 1,382 milyard ABŞ dolları olub. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 15 542 ədəd və ya 26,4%, dəyər ifadəsi ilə 270,480 milyon ABŞ dolları, yaxud da 24,3% artıb. Dövr ərzində ölkəyə 43,238 milyon ABŞ dolları dəyərində 478 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,243 milyard ABŞ dolları dəyərində 68 295 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












