Azərbaycanda “CİP”lərə maraq azalır

“Avtomobil bazarında əvvəlki aylara nisbətən bir qədər durğunluq var. Bunun səbəbi yay mövsümünün olmağı və insanların istirahətə üz tutmaqlarıdır”.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bazarda əsasən ikinci əl avtomobillər üstünlük təşkil edir:
“Avtomobil alqı-satqısında işlər davam edir. Bu davamiyyət əsasən ikinci əl avtomobillərin satışında özünü daha çox göstərir. Xüsusilə buna işlənmiş hibrid avtomobillərini misal göstərə bilərəm. Çünki hibridlərə daha çox tələbat var. Yanacağın qiyməti qalxdıqca iritutumlu, yanacaq sərfiyyatı böyük olan avtomobillərə maraq getdikcə azalır. Təəssüflər olsun ki, hələ də ölkədə hibrid avtomobillərə güzəşt tətbiq edilmədiyinə görə, bu nəqliyyat vasitələrinin qiyməti başqa ölkələrə nisbətdə daha bahadır”.
Avtomobil bazarını yeniləmək istədikcə, rüsumlar daha da artır...
Ekspertin fikrincə, son vaxtlar elektromobil almaq istəyələrin sayında artım müşahidə olunur:
“Eyni zamanda, elektromobil almaq istəyənlər var. Əvvəllər il ərzində ölkəyə barmaqla sayıla biləcək qədər elektromobil gətirilirdisə bu il rəqəmlər bir qədər artıb. Bundan daha çox imkanlı insanlar istifadə edir. Düşünürəm ki, biz birinci hibrid avtomobillərə bağlı güzəştlər tətbiq etməliyik, daha sonra tam elektrik mühərrikli avtomobillərə keçə bilərik.
Bu gün avtomobil bazarında ikinci əl nəqliyyat vasitələrinin üstünlük təşkil etməsi gömrük rüsumlarının baha olması ilə bağlıdır. Biz avtomobil parkını yeniləməyə çalışırıq, amma rüsumlar hər il artır. Sadəcə olaraq planlı iş görülməlidir”.
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO











