Azərbaycanda ən çox alınan AVTOMOBİL HANSIDIR? - AÇIQLAMA

Azərbaycanda hazırda ən çox populyar olan avtomobillər Çinə məxsusdur.
Avtosfer.az xəbər verir ki, bunu Avtomobil Dilerləri Assosiasiyasına icraçı direktoru Eyyub Əliyev deyib.
O qeyd edib ki, ən çox satılan avtomobillər isə təkcə Çin bazarına aid deyil:
"Biz müşahidə edirik ki, yapon avtomobillərinə də maraq çoxdur. Nümunə olaraq "Toyota"nı göstərə bilərik. Bu avtomobillərin bazar payında yetərincə yeri var. Eyni zamanda alıcılar həm də Koreya avtomobillərə üstünlük verirlər. Ən çox bazar payına sahib olan avtomobillər, sözsüz ki, alman avtomobilləridir. Sıralama ilə getsək Azərbaycan bazarında ən çox Çin, yapon, Koreya, alman avtomobilləri məşhurdur".
E.Əliyev Çin avtomobillərinin qiymətindən də danışıb:
"Çin istehsalı olan avtomobillərin qiyməti 22-23 min manatdan başlayır. Əslində, konkret bir məbləğdən danışmaq düzgün deyil. Çünki burada alıcının büdcəsi də nəzərə alınmalıdır. Ancaq bazarda istənilən məbləğdə avtomobilə rast gəlmək mümkündür" (redaktor.az).
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











