Azərbaycandan Rusiya bazarlarına xurma daşıyan maşınlar sərhəddə gecikir - FOTO

Zaqatala rayonunda xurma yığımına başlanılıb. Kənd təsərrüfatının ixrac potensialı yüksək olan xurmaçılıq şimal-qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Zaqatala və Balakən rayonlarında xurma bağları çoxluq təşkil edir. Bu məhsul isə fermerlər tərəfindən Rusiya bazarlarına çıxarılır. Əvvəlki illərlə müqayisədə bu il fermerlər məhsul satışında problemlə üzləşiblər.
Bu barədə Report-a xurmaçılıqla məşğul olan fermerlər məlumat verib.
Onların sözlərinə görə, daxili və xarici bazarlarda xurmanın şişburun sortuna tələbat yüksəkdir. Fermerlər alıcı qabiliyyətinin aşağı düşməsindən şikayətləniblər: "Artıq bir-neçə gündür ki, xurma yığımına başlamışıq. Xurma yığımına başlanılmasına baxmayaraq daxili və xarici bazarlara xurma tədarük edən sahibkarlar tərəfindən alıcılıq qabiliyyəti ötən illərə nisbətən xeyli azalıb. Buna səbəb isə Rusiya və Ukrayna arasında gedən müharibədir. Ötən il çeşidindən asılı olaraq şişburun xurma sortunun tək cərgə olan bir yeşiki 4-6 manata alınırdısa bu il qiymət hələ də məlum deyil".
Rayonda istehsal edilən xurma yerli tədərükçülər tərəfindən fermerlərdən alınaraq Rusiya və Ukrayna bazarlarına göndərilir. Xarici bazarlara xurma tədarükü ilə məşğul olan şəxslərin bildirdiyinə görə bu gün ərazisində müharibə getdiyi üçün Ukrayna bazarlarına xurma göndərmək mümkün deyil.
Hazırda xurma təkcə Rusiya bazarlarına göndərilir. Məlumata görə, Rusiya ilə Azərbaycanın sərhəd keçidində isə Rusiya tərəfə xurmanın keçirilməsində gecikmələr yaranır. Heç bir səbəb göstərmədən yük avtomobilləri saxlanıldığına görə uzun növbələr və gecikmələr olur.
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır




















