Bahalı avtomobili itələyərək işə saldılar- dünya bildi - VİDEO
Əvvəlki vaxtlarda akkumulyator və ya starteri olmayan texnikanı işə salmağın yeganə yolu ya itələmək, ya da maili yerdə aşağı buraxmaq idi.
Avtosfer.az xəbər verir ki, injektor sistemi və avtomat ötürmə meydana gəldikdən sonra bu metod dəbdən düşüb. Lakin tam sıradan çıxmayıb.
Bu günlərdə Braziliyada çəkilmiş kadrlar köhnə üsulun hələ də özünü doğrultduğunu göstərdi. Instaqramda yayılan videodan görünür ki, 6 gənc “Ferrari F50”ni itələyərək işə salmağa çalışır. Avtomobil sürət yığan anda sürücü ötürməni qoşur və V12 mühərrik tüstü buraxaraq işə düşür.
Görəsən avtomobildə avtomat sürət qutusu olsa onu necə işə salacaqdılar? Ya da tıxacda sönsə?
PS. Bir neçə il əvvəl Bakıda bahalı “Range Rover”in “Moskviç”dən “peremıçka” verilərək işə salınmasına şahid olmuşam. Təəssüf ki, strateji binanın qarşısında olan hadisənin videosunu çəkə bilmədim.
Vüqar
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












