Bakı maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək - ŞOK PROQNOZ
Avtoxəbər
12 May 2022 13:39

"Bakı boşaldılmalı, universitetlər, bəzi nazirliklər, dövlət idarələri bölgələrə köçürülməlidir"
"Azərbaycanda geniş yayılmış bir mif var, ölkədə maşın sayı çoxdur deyə tıxaclar yaranır, maşın əlindən tərpənmək olmur. Yanlış təsəvvürdür, problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır. 2020-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür. Keçmiş “SSRİ” respublikaları arasında bu göstəriciyə görə biz 12-ci yerdəyik, bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir". Avtosfer.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib. İqtisadçı ekspert qeyd edib ki, ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur: "Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə məne olurlar. Səbəb kimi də yuxarıda yazdığım mifi əsas gətirirlər ki, guya, ölkədə maşın çoxdur, tıxaclar yaranır. Şəhərin baş planı olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az – bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Cürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək".
Natiq Cəfərli hesab edir ki, çıxış yollarından biri şəhərin boşaldılmasıdır: "Universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir".
Oxunub : 7906
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 19:12
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
2 Oktyabr 2026 17:06
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
1 Oktyabr 2026 20:28
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
1 Oktyabr 2026 15:56
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
1 Oktyabr 2026 12:18
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
1 Oktyabr 2026 11:18
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
29 Sentyabr 2026 22:49
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
29 Sentyabr 2026 18:00
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
29 Sentyabr 2026 11:48
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
28 Sentyabr 2026 23:48
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
28 Sentyabr 2026 19:32
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
27 Sentyabr 2026 23:13
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
ŞƏRH YAZ











