Bentley yenilənmiş Bentayga S modelini təqdim edib - FOTO

Bentley şirkəti Bentayga model xəttindəki dördüncü yenilənmiş modifikasiyanı Bentayga S krossoverini təqdim edib. Əgər mövcud olan üç modifikasiya güc aqreqatları ilə fərqlənirlərsə, yeni S modifikasiyası baza Bentayga modelinin bir variantıdır.
550 at qüvvəli 4,0-litrlik V8 biturbomühərriki və səkkiz pilləli “avtomat” standartdırlar. Bu səbəbdən 100 km/saata (4,5 saniyə) sürətlənmə müddəti və maksimal sürət (290 km/saat) həddi eyni qalıb. Ancaq çox sayda başqa dəyişikliklər var.
“S” hərfi “sport” mənasını verir, buna görə yeni versiya prevmatik asqı sisteminin müvafiq tənzimləmələrinə malikdir. Mühəndislər amortizatorların sərtliyini 15% artırıblar, 48 voltluq elektrik şəbəkəsindən işləyən aktiv elektromexaniki stabilizatorlar standart təchizata daxil ediliblər. Bununla birlikdə, karbon-saxsı əyləc mexanizmləri və birbaşa axınlı buraxılış sistemi hələ də opsiyalar siyahısında qalırlar.
Lakin stabilizasiya sistemi daha rahat idman rejiminə malik olub, standart olaraq bu sistem əyləclər vasitəsi ilə dartma vektoruna nəzarəti daha aktiv şəkildə təqlid edir və krossoverə daha canlı xarakter verir. Nəhayət, standart 21-düymlük təkər disklərinin əvəzinə Bentayga S modeli 22-düymlük disklər ilə təchiz olunur.
Bentayga S modifikasiyasının xüsusiyyətləri arasında eksteryerin qara dekoru (güzgü gövdələri və buraxılış sisteminin çıxış boruları da daxil olmaqla), beşinci qapıdakı böyük spoyler (Speed versiyasındakı kimi) və yüngülcə tündləşdirilmiş işıq texnikası var.
Salonda dəri və zamşa ilə üzlənmiş oturacaqları, seçilən əlavələri və virtual cihazlar panelinin digər qrafikasını görmək olar.
Eyni zamanda, S versiyası, digər Bentayga modelləri kimi, üçüncü oturacaq cərgəi və ya ikinci cərgənin fərdi oturacaqları ilə təchiz etmək olar.
Avropadakı Bentley dilerləri artıq Bentayga S krossoverlərinə sifarişləri qəbul edirlər.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar















