Beynəlxalq şirkətlər avtomobillərini geri çağırır: Azərbaycanda isə..

Müxtəlif ölkələrin avtomobil şirkətləri yarana biləcək problemlərə görə nəqliyyat vasitələrini müəyyən müddətdən sonra geri çağırırlar. Onlar arasında “Toyota” ön sırada gəlir. Statistika göstərir ki, “Mercedes”, “Porsche”, “Opel” və “Audi” şirkətləri də avtomobilləri tez-tez geri çağırır. Geri çağırılma prosesi maşınların mühərrikinin nömrəsinə uyğun olaraq həyata keçirilir. Nömrələrə və məlumatlara əsasən, avtomobilin hansı ölkədə olduğu və sahibi müəyyənləşdirilir. Sahibi müəyyən edildikdən sonra isə ona geri çağırılma haqda məlumat verilir.
Bəs Azərbaycanda bu proses necə həyata keçirilir?
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, bu proses Azərbaycanda o qədər də ürəkaçan deyil:
“Müəyyən avtomobillərdə texniki və dizayn baxımdan nasazlıqlar var. Ölkəmizdə hələ ki, kütləvi halda belə bir təcrübə yoxdur. Hazırda müəyyən şirkətlərin rəsmi distributorları var. Şirkətlər istehsal etdikləri avtomobilləri müxtəlif ölkələrə satırlar. Problem olduğu halda isə həmin avtomobillər geri çağırılır. Burada bir məsələyə diqqət etmək lazımdır. İş adamlarının ikinci əl satdığı avtomobillər bura aid deyil. Qayda yalnız sıfır kilometr satılan maşınla tətbiq olunur”.
Ekspert qeyd edib ki, hazırda ölkədə avtomobillər Neftçala, Naxçıvan, Gəncə və Hacıqabulda olan zavodlarda istehsal olunur:
“Naxçıvan şəhərində “Lifan”, “FAW”, “Changan”, Neftçalada isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur. Yerli şirkətlər heç bir avtomobili geri çağırmır. Azərbaycanda belə tendensiya yoxdur. Əgər bu problem beynəlxalq şirkətlərdə müşahidə olunursa, istehsalçı zavod avtomatik olaraq Azərbaycan da daxil olmaqla bütün ölkələrdəki maşınlarını geri çağırır. Ancaq azərbaycanlı sürücülərin əksəriyyətinin bundan xəbəri yoxdur. Sürücü avtomobildə nasazlıq görürsə, onu birbaşa ustaya aparır, bunun ümumi problem olacağını düşünmür. Çünki maşınların geri çağırılması dünyada kütləvi hal alan tendensiya deyil”. (Publika.az)
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










