Britaniyada işlənmiş avtomobillərin satışı rekorda çatıb

Bu ilin II rübündə Böyük Britaniyada 2,17 mln. işlənmiş avtomobil satılıb. Bu, sözügedən rüblər üzrə rekord göstəricidir və Britaniyanın ikinci əl avtomobil bazarının tarixi rekorduna yaxındır.
Bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Treyderləri Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.
Qeyd olunub ki, 2020-ci illə müqayisədə köhnə avtomobil satışları II rübdə 108,6% artıb. Eyni zamanda, hesabat rübündə tələbat 2019-cu ilə nisbətən, yəni COVID-19 pandemiyasından əvvəlki dövrü ilə müqayisədə daha yüksək olub. Belə ki, aprel ayında Britaniyada təxminən 725 min istifadə olunmuş avtomobil satılıb ki, bu da 2019-cu illə müqayisədə 5% çoxdur. May və iyun aylarında artım müvafiq olaraq 9,9% və 4,6% təşkil edib. Nəticədə, bu ilin II rübü üzrə göstərici 2019-cu illə müqayisədə 6,6% artıb.
SMMT qeyd edir ki, satılan köhnə avtomobillərin demək olar, hamısı benzinlə və ya dizellə işləyir. Sözügedən növ avtomobillər hesabat rübündə satışların 96,4%-ni təşkil edib. Üstəlik, satılan avtomobillərin ümumi sayının 81,3%-i üç yaşdan yuxarıdır və bu da bir rekorddur.
Köhnə avtomobillərə bu qədər yüksək tələbat Britaniyada karantin məhdudiyyətlərinin aradan qaldırılması ilə yanaşı, həm də avtomobil istehsalçılarının qlobal mikroçip çatışmazlığı ilə əlaqəli yeni avtomobillərin istehsalındakı əhəmiyyətli problemlərindən qaynaqlanır. Beləliklə, iyun ayında ölkədə 69 097 minik avtomobili istehsal edilib ki, bu da 1953-cü ildən bəri minimum göstəricidir. Bu ilin ilk yarısında Britaniyada 498 923 avtomobil istehsal edilib, bu da son beş ilin ortalamasından 38,4% azdır. Artıq iyul ayında yeni avtomobillərin satışı üzrə göstərici 1998-ci ildən bəri ən aşağı həddə çatıb///apa
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










