"Bu avtomobillərin təmiri həddən artıq bahadır" - Maşın ustası

Çin elektrikli avtomobillərinin qiyməti olduqca bahadır. Lakin bəzi sürücülərin sözlərinə görə, bu avtomobillər qeyri-sabit hava şəraitlərinə dözümsüzdürlər. Belə ki, Çindən gələn elektromobillərin çoxunun iri gölməçələrə və sair girəndən sonra beyni yanır.
Bəs beyni yanan elektrikli avtomobili necə təmir etmək olar? Bu detalların xərci neçəyə başa gəlir?
Mövzu ilə bağlı avtomobil ustası Sahil Ağabəyli açıqlamasında bildirdi ki, Çin avtomobillərinin sudan keçməsi problemli olmamalıdır, çünki bütün beyin və batareyaların hamısı izolyasiya olunub:
"Onların hamısı suya, oda, küləyə davamlı olaraq hesablanıb. Əgər hər hansısa bir avtomobil suya düşəndə problem yaranarsa, beyninə və yaxud hər hansı bir akkumulyatora ziyan verərsə, bu elektromobil qəza keçiribdir. Məhz qəza keçirmiş avtomobillərlə sudan keçərkən onların elektrik keçirməsi və ya beyinlərinə su dolması halları baş verə bilər. Amma vurulmamış, zavod tərəfindən gələn bir elektromobil suyun içərisindən keçərsə, heç bir fəsad da olmur".
Ustanın sözlərinə görə, belə avtomobillərin təmiri həddən artıq bahadır:
"Ona görə də elektromobillər qəzalardan qorunmalı, yəni həddən artıq diqqət edilməlidir. Avtomobili kasko sığorta etməlidirlər ki, lazım olanda bunlara sahib çıxsın, əks halda sürücülərin özləri bunların xərcini qarşılaya bilməzlər".
(redaktor.az)
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ












