Bu illərdə istehsal olunan maşınlar “metalloma” göndəriləcək – Əvəzində dövlət nə verəcək?

Azərbaycanda avtomobil parkı yenilənəcək. Bu məsələ “Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqramda xüsusi bənd kimi göstərilir ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək, ekoloj vəziyyəti sağlamlaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq üçün məqsədi ilə köhnə, texniki baxışa yararsız olan avtomobillərin utilizasiyası həyata keçirilməlidir.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, heç də hər bir ölkə avtomobillərin utilizasiyasını həyata keçirə bilmir: “Azərbaycan dövləti öz iqtisadi gücünə arxalanaraq bu layihəni kerçəkləşdirməyi düşünür. Bu adı çəkilən dövlət proqramında öz əksini tapıb. Nəzərə alaq ki, utilizasiya proqramının hazırlanmsı 2023-cü ilin sonuna kimi başa çatmalıdır. Amma utilizasiyanın özünün həyata keçirilməsi başqa bir proqramla icra olunacaq. Bu 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair strategiyada öz əksini tapıb. Bu strategya çərçivəsində köhnə avtomobillərin utilizasiyası həyata keçiriləcək. Bu da o deməkdir ki, bizim qarşıda hələ 3 il vaxtımız var”.
Ekspert onu da əlavə etdi ki, utilizasiya proqramı könüllülük əsasında həyata keçiriləcək: “Heç kimin köhnə avtomobili məcburi şəkildə əlindən alınmayacaq. Könüllü şəkildə bu layihəyə qoşulan avtomobil sahiblərinə vauçerlər, güzəştlər və subsidiyalar təklif olunacaq. Bununla bağlı hökümət artıq müəyyən layihələrin icrasına başlayıb. Bildiyiniz kimi 2022-ci ilin yanvarında idxal edilən ekoloji təmiz avtomobillərə və elektromobillərə bir sıra güzəştlər tətbiq edilib. Bu ilin 1 oktyabrından Mərkəzi Bankın təşəbbüsü ilə banklar hibrid və elektromobil avtomobilləri almaq istəyən vətəndaşlara unikal kredit şərtləri təklif edib. Ən əsası ölkəmizə idxal edilən yeni elektromobil avtomobillər bu yaxınlarda tamamilə gömrük rüsumlarından azad edilib. Növbəti mərhələdə yeni avtomobllərə xidmət infrastrukturunun yaradılması əsas hədəf kimi qarşıda durur”.
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










