Bu maşınlar Bakıda tıxaca səbəb olur - Bəs çıxış yolu nədir? - VİDEO

Paytaxt Bakının tıxac problemi həll olunmaq bilmir. Tıxacın gün keçdikcə artmasının bir çox səbəbləri var. Bunlardan biri də gün ərzində yük avtomobillərinin marketlərə mal paylamalarıdır. Bu avtomobillər yolun kənarında dayanır, təxminən yarım saat-1 saat ərzində marketə mal boşaldır. Təsəvvür edin, bu proses hər gün və günün də bütün saatlarında təkrarlanır. Bəs çıxış yolu nədir?
Yük avtomobili yolun hərəkət hissəsində durub. Marketə məhsul paylanır.
Bura paytaxtın Azərbaycan prospektidir. Ancaq bu mənzərə yalnız bu prospektə xas deyil. Paytaxtın əksər küçə və prospektlərində bu halla qarşılaşmaq mümkündür.
Marketlərə mal təhvil-təslim edilməsi prosesi günün müxtəlif saatlarında baş tutur. Bu da onsuz da tıxaclı olan paytaxt küçələrində əlavə sıxlıq yaradır.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, belə halların qarşısını almaq üçün firmaların tabeliyində fəaliyyət göstərən yük avtomobilləri siyahılaşdırılmalıdır. Daha sonra zəruri ərzaq məhsulları daşıyan yük avtomobillərinə müvafiq icazə verilməlidir.
Sürücülər də mövcud vəziyyətdən narazıdırlar. Ancaq onların fikrincə, bu məsələdə əsas günahkar market sahibləridir.
Baş dövlət yol polis idarəsinin polis mayoru Araz Əsgərli isə deyir ki, həmin yük avtomobillərinin durması üçün market ərazisində xüsusi yer yoxdursa, avtomobil sahibi müvafiq qurumdan mütləq qaydada icazə almalıdır. Əks halda dayanma-durma nişanının tələblərini pozduğuna görə onlara inzibati qaydada cərimə tətbiq olunur.
Qeyd edək ki, sabahdan qüvvədə olacaq qadağaya əsasən, paytaxt ərazisinə daxil olmuş yük avtomibilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?










