Bunu etmək avtomobili sıradan çıxarır - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Sürücülərin bir çoxu nəqliyyat vasitələrində Aİ-92 benzinlə Aİ-95 markalı benzini qarşıdırıb istifadə edir. Bunu bəziləri “Premium” benzinin qiymətinin baha olması səbəbindən etsə də, əksər sürücülər nəqliyyat vasitəsinin daha sürətli və çevik hərəkəti üçün edir. Lakin bu avtomobillərin mühərrik sazlığına və yanacaq ötürücüsünə ciddi ziyan vurur. Nəzərə almaq lazımdır ki, sözügedən benzin növləri arasında oktan fərqi xeyli çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Yenisabah" yanacaqları qarışdırmağın nəqliyyat vasitələri üçün yaratdığı fəsadları araşdırıb.
Əvvəlcə onu qeyd edək ki, aşağı oktanlı (Aİ-92) benzini yüksək oktanlı benzinə qarışdırdıqda detanasiya baş verir. Bu isə maşınların mühərriki üçün olduqca zərərlidir. Dİgər tərəfdən, Aİ-92 benzin digərlərinə nisbətən daha ağır benzindir və bu benzinlərin həm sıxlıqları, həm özlülükləri, həm alışma temperaturları bütün fiziki parametrləri bir-birindən fərqlənir. Yəni sürücülər bunları qarışdıran zaman onun oktan ədədi də dəyişir.
Fərqli oktanlı yanacaqları qarışdıran zaman isə nəqliyyat vasitəsinə ciddi ziyan dəyə bilər. Qatqılı yanacaqdan istifadə avtomobilin gücünü azaldır, mühərrik daxili normadan artıq qızır və ondan çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır. Bu da o deməkdir ki, sürücü benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq.
Bu gün bazarda müxtəlif yanacaq qatqıları var. Mənşəyi məlum olmayan qatqılardan istifadə etməkdənsə, etməmək daha yaxşıdır. Lakin bu gün bazarda laboratoriyalarda hazırlanma prosesini gördüyümüz yanacaq qatqıları da var ki, sürücülər məhz bu mayelərdən istifadə etsələr, daha yaxşı olar.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










