Çəkisi 600 kiloqram olan elektromobil satışada

İsveçrənin istehsalı olan “Microlino” elektromobili bu ayın sonunda İsveç bazarında satışa çıxarılacaq. Bu nəqliyyat vasitəsini avtomobil adlandırmaq da çətindir, o, daha çox “B” kateqoriyasına aid olan sürücülük vəsiqəsi ilə idarə ediləcək dördtəkərli motosikletdir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, uzunluğu 2,5 metr, eni isə 1,5 metr olan “Microlino” elektromobilinin çəkisi 600 kiloqramdır və onun maksimal sürəti saatda 90 kilometrlə məhdudlaşdırılıb.
“Dagens Nyheter” qəzetinin avtomobillərdən yazan müxbiri Mikael Styerna bildirib: “Microlino” elektromobilinin xüsusi cəhəti “idman rejimi” düyməsidir. Mən onu İsveçrə yumorunun təzahürü kimi qəbul edirəm. Ümumilikdə, icmal müsbətdir, hərçənd, təhlükəsizlik nöqteyi-nəzərindən bu “avtomobili” tənqid etmək olar”.
“Microlino” elektromobilinin batareya ehtiyatı 228 kilometrlik məsafəyə nəzərdə tutulub və standart rozetka ilə 4 saat ərzində şarj olunur. Kompakt formasına baxmayaraq, onun içərisində iki nəfər otura, və iki çanta qoyula bilər. Elektromobilin start qiyməti 25 600 avrodur.
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO












