Çin avtomobillərinə rüsumu ləğv edən ölkədə Tramp qorxusu

2020-ci ildə Çin avtomobilləri üçün bütün gömrük rüsumlarını ləğv edən Meksika indi çətin vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bu qərardan sonra ölkə Çin avtomobilləri ilə obrazlı desək dolub-daşıb. Ölkədə satılan hər 3 təzə maşının biri Çində istehsal edilib. Müqayisə üçün deyək ki, dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota ölkədə ildə 100 min maşın sata bilmək üçün 22 il çalışdı. BYD isə bunu cəmi 3 ilə etdi.
Paralel olaraq ölkənin özünün də güclü avtomobil sənayesi mövcuddur. Buradan hər il ABŞ-a 2 milyondan çox maşın ixrac edilir.
İndi Çin maşınları ölkə üçün ciddi problemə çevrilsə də, hökumət geri addım da ata bilmir. Digər tərəfdən, Kanada və ABŞ hökumətləri “Çin ekspansiyasına son qoymaq üçün” Meksikaya təzyiq edirlər. Əks təqdirdə, Meksika Şimali Amerika ölkələrinin avtomobil alyansındn xaric ediləcək. Bu təqdirdə hər il ABŞ və Kanadaya aşağı gömrük tarifi ilə ixrac edilən maşınlar, belə demək mümkünsə istehsalçıların əllərində qalacaq.
Hadisələrin necə inkişaf edəcəyi isə Trampın andiçməsindən sonra bəlli olacaq.
Vüqar
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











