Reklam

Çindən gətirilən avtomobillərlə bağlı PROBLEM – Gecikmələrə SƏBƏB NƏDİR?

Avtoxəbər 12 Oktyabr 2024 17:15 Oxunub 604
Çindən gətirilən avtomobillərlə bağlı PROBLEM – Gecikmələrə SƏBƏB NƏDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin ilk 8 ayında Azərbaycana 1 milyard 482 milyon 242 min manatlıq avtomobil və onların ehtiyat hissəsi gətirilib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,61 faiz çoxdur.

Maraqlıdır ki, əvvəllər ölkəmizə minik avtomobilləri əsasən Gürcüstandan və Avropadan gətirilirdisə, hazırda mənzərə tamamilə dəyişib. Hazırda ölkəmizə ən çox avtomobillər Çindən, Cənubi Koreyadan və Yaponiyadan gətirilir. Amma nədənsə son 2 ayda Çindən avtomobillər mənzil başına vəd olunduğu vaxtdan gec çatdırılır.

Nə baş verir?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, son zamanlar Çindən ölkəmizə avtomobil idxalı statistikasında artımlar var:

“Xüsusən də, elektromobillərin sayı çoxalıb. Bu da təsadüfi deyil. Çünki Çin elektromobillərin istehsalında liderdir. Bu ölkədən Azərbaycana avtomobillər 3 marşrut üzrə gətirilir. Birinci marşrut cənubdan İranın Bəndərabad limanından keçməklə gətirilir. Amma Yaxın Şərqdə davam edən müharibə bu marşrutun rentabelliyini aşağı salıb. Ona görə də bu marşrut üzrə gətirilən avtomobillərdə gecikmə olur. İkinci yol Orta Asiyadan keçərək Xəzər dənizi üzərindən Azərbaycana gələn yoldur. Bu yol çox sərfəli olduğu üçün sıxlıq var.

Nəzərə alsaq ki, Çin-Avropa ticarət dövriyyəsinin xeyli hissəsi məhz Orta Dəhlizin Cənub marşrutu ilə reallaşır. Ona görə də bu dəhliz üzərindəki sıxlıq bəzi hallarda yubanmalara səbəb olur.  

Üçüncü yolsa Qazaxıstan-Rusiya marşrutudur.

Bax, son aylarda bu marşrut üzrə ciddi problemlər yaşanır. Son 2 ayda Rusiya sərhədçiləri Azərbaycan gətirilən çox sayda avtomobili saxlayıblar. Bəhanə də odur ki, hansısa sənəddə uyğunsuzluq var. Bu və digər səbəbdən də Samux keçid məntəqəsində problemlər yaranır. Nəticədə, avtomobillər vəd olunduğu vaxtda mənzil başına çatdırılmır.

Yəni son zamanlar gecikmə əsasən şimaldan gətirilən avtomobillərdə olur. Bunun da günahkarı Rusiya tərəfidir. Onların bu məsələdə hansısa maraqları var. Nəzərə alaq ki, əvvəllər gecikmələr ən pis halda 1 həftə, 10 gün olurdu. Amma indi gecikmələr bəzən bir aya qədər uzanır”.

“Problem təkcə Çindən avtomobillərin gətirilməsində yaşanmır”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə qeyd edib ki, hal-hazırda dünyanın tranzit-kommunikasiya sistemlərində müəyyən dəyişikliklər gedir:

Məhz gömrük rejimlərinin dəyişməsi səbəilə bütn daşımalarda gecikmələr olur. Konkret olaraq Çindən gələn avtomobillərdən danışırıqsa, onu deyə bilərəm ki, Çindən avtomobillər MDB ərazisinə qatarla gətirilir. Daha sonra isə tranzit xərcindən qaçmaq üçün avtomobili sürərək Azərbaycan sərhəddinə çatdırırlar. Bilirsiniz ki, Azərbaycan sərhəddində şəxsi avtomobillə giriş-çıxış qadağan olduğu üçün gətirilən avtomobillər yenidən TIR-lara yüklənir.

Bu proses isə bəzən günlərlə çəkir. Ona görə də avtomobillər vəd olunan vaxtda mənzil başına çatdırılmır. Qeyd edim ki, təkcə Çindən yox, başqa ölkələrdən sifariş edilən avtomobillərin mənzil başına çatdırılmasında problem yaşanır. Məsələn, ABŞ avtomobil ixracına məhdudiyət qoyub. Ona görə də daha əvvəlki kimi ABŞ-dan rahatlıqla avtomobil çıxartmaq mümkün deyil. Bu da çatdırılmada gecikmələrə səbəb olur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh