Çinin elektromobillərin satışı üçün minimum qiymət təklifi rədd edilib

Brüssel Pekinin Çin istehsalı olan idxal elektromobillərin satışı üçün 30 min avro minimum qiymət təyin etmək təklifini rədd edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Avropa Komissiyası bu cür kompromisi qəbul etməyib, çünki bu, Çinin bu sahədə dövlət subsidiyalarının yol açdığı bazar təhrifləri problemini həll etmir.
Avropa tərəfi danışıqlar davam etdikcə digər qiymət öhdəliklərini, o cümlədən minimum qiymətləri və idxal kvotalarını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Mənbələrin məlumatına görə, həllərdən biri hər avtomobil istehsalçısı və hər elektromobil növü üçün ölçüsündən və model sırasından asılı olaraq fərdi hesablanmış minimum qiymət ola bilər.
Danışıqların digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri oktyabrın 4-də Avropa Komissiyasının Çin elektromobillərinə daimi idxal rüsumları tətbiq etmək qərarını dəstəkləyib və onların yuxarı həddini 35 % müəyyən edib. Avropa Komissiyası Çin elektromobillərinə müvəqqəti rüsumları iyulun 4-də tətbiq edib və onların müddəti avqustda uzadılıb. Çin dərhal bu qərarı proteksionizm aktı kimi qiymətləndirib.
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA










