ÇXR və Aİ elektromobillərlə bağlı məsləhətləşmələrin yeni mərhələsinə başlayıb

İkitərəfli texniki qrup Çin elektromobillərinin Avropa İttifaqı ölkələrinə idxal rüsumları ilə bağlı növbəti məsləhətləşmələr mərhələsinə başlayıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ÇXR Ticarət Nazirliyinin rəhbəri Van Ventao ilə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis arasında danışıqların nəticələrinə əsasən məlumat verilib.
“Çin-Avropa texniki qrupu oktyabrın 25-də ticarət naziri Van Ventao ilə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis arasında videogörüş keçirildikdən dərhal sonra Çin elektromobillərinə qarşı Aİ-nin antisubsidiya işi çərçivəsində qiymət öhdəlikləri üzrə məsləhətləşmələrin yeni mərhələsinə başlayıb. İntensiv ünsiyyətdən sonra Avropa tərəfi Çinlə fəaliyyət planının konkret məzmunu üzrə məsləhətləşmələri davam etdirəcəyini bildirib”, – bəyanatda deyilir.
Nazirlik əlavə edib ki, “Çin bu mövqeyi alqışlayır və növbəti danışıqların “praqmatizm və balans” prinsipi əsasında aparılacağına və hər iki tərəf üçün məqbul həllə gətirib çıxaracağına ümid edir”.
Qeyd edək ki, iyulun 4-də Aİ ÇXR-dən gələn elektromobillərə 17,4 %-dən 37,6 %-ə qədər rüsum tətbiq edib. Avropa Komissiyasının məlumatına görə, bu tariflər doqquz ay davam edən “qanunsuz subsidiyalara” qarşı araşdırmanın nəticələrinə əsasən tətbiq edilib.
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq












