Daxili Qoşunların şəhid baş çavuşunun ilk övladı dünyaya gəlib - FOTO
Avtoxəbər
21 Yanvar 2021 21:40

Cəlilabad rayonunda şəhid Fərid Hüseynovun ilk övladı dünyaya gəlib.
Report-un məlumatına görə, körpəyə atasının vəsiyyətinə uyğun olaraq Əbəlfəz adı qoyulub.
Qeyd edək ki, DİN-in Daxili Qoşunlarının baş çavuşu olan Fərid Fətəli oğlu Hüseynov 1994-cü ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. O, ötən il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 11-də Bəcirəvan kənd qəbiristanlığında torpağa tapşırılıb.
F.Hüseynov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Oxunub : 1916
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
ŞƏRH YAZ












