Dövlət Məşğulluq Agentliyinin əməkdaşları medallarla təltif edilib

Prezident İlham Əliyevin Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı Vətən müharibəsində göstərdiyi igidliyə görə medallarla təltif ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bunlar Agentliyin 6 saylı ərazi məşğulluq mərkəzinin böyük mütəxəssisi Elşən Tağıyev, 16 saylı ərazi məşğulluq mərkəzinin baş mühasibi İbad Əşrəfli, 15 saylı ərazi məşğulluq mərkəzinin baş mütəxəssisi Ziya Zaidov və 21 saylı ərazi məşğulluq mərkəzinin mütəxəssisi İlqar Topçuyevdir.
Elşən Tağıyev 3 medalla – “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasın görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. İbad Əşrəfli, Ziya Zaidov və İlqar Topçuyev isə “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin ümumilikdə 19 əməkdaşı 44 günlük Vətən müharibəsinin ilk günlərindən mübarizəyə qoşulub və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.
Qəhrəmanlarımızla fəxr edirik!



"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR












