Əfsanəvi avtoyarışa məşhur tennisçi start verəcək
Avtoxəbər
25 Aprel 2025 09:23

22 dəfə Böyük Dəbilqə çempionu olmuş, dünyanın sabiq birinci raketkası isveçrəli tennisçi Rodcer Federer 14 iyun tarixində başlayacaq 93-cü "24 saat Le Man" avtoyarışına start verəcək.
Avtosfer.Az xəbər verir ki, bu barədə yarışın Mətbuat Xidməti məlumat yayıb.
"Bu əfsanəvi, eyni zamanda, çox yorucu olan yarışa start vermək böyük bir şərəfdir. Mən həmişə bu yarış üçün lazım olan hədəfə yönəlmə, dəqiqlik və dözümlülüyə heyran qalmışam. Bu simvolik hadisənin mərkəzində olmaq unudulmaz bir təcrübədir", - Mətbuat Xidməti Federerin sözlərindən sitat gətirib.
Xatırladaq ki, Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən Leyver Kubokunda çıxış etdikdən sonra idmanı tərk edib.
Oxunub : 1908
DİGƏR XƏBƏRLƏR
17 Noyabr 2026 22:12
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
17 Noyabr 2026 13:18
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq
16 Noyabr 2026 17:46
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
16 Noyabr 2026 14:36
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
16 Noyabr 2026 13:18
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
16 Noyabr 2026 11:36
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
16 Noyabr 2026 08:00
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
13 Noyabr 2026 18:46
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
13 Noyabr 2026 17:54
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
13 Noyabr 2026 16:48
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
13 Noyabr 2026 16:36
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
13 Noyabr 2026 15:41
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
ŞƏRH YAZ












