Elektromobillərə maraq azalır - STATİSTİKA

Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu, 2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "AZƏRTAC" Avropa Statistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabata istinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən 1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü illə müqayisədə 6,1 faiz azdır.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olan ictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cü illər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faiz artmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilən yalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir (2023-cü ildə – 4,43 milyon).
Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilər Danimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ən aşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydə alınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələri arasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3 faiz) da elektromobillərin alışında geridə qalan ölkələr sırasındadır.
Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərin qeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstərici sabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə – 9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.
Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdə dəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyən edəcəyini bildirib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












