Erməni əsirliyində olmuş hərbçi: “Bizə heç su da vermirdilər”

“Əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldıq. Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Həmidov Nahid Yaşar oğlu deyib.
“Onlar 1992-93-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər. Bir daha Ali Baş Komandan İlham Əliyevə Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”, - o bildirib.
Erməni əsirliyində olmuş digər hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu da gördüyü işgəncələrdən danışıb: “Bizə xəstəxanada ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar”.
“Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmirdim, ancaq sözümlə təsir edirdim. Mən onlara dedim ki, dustağın yeməyini oğurlayıb evinizə aparırsınız. Ermənilərə dedim ki, Azərbaycan Ordusunda əsgərin nəyinəsə dəymək mümkün deyil. Mənə dedilər ki, sən nə qədər maaş alırsan. Biri gəldi ki, bəs kapitan nə qədər maaş alır? Dedim ki, 1200 dollar. Bunu eşidən zaman sualı verən pərt olub getdi.
Onlar mənə işgəncə verirdilər. Yarama barmaq soxurdular ki, dediyimizi təkrarla. Təkrar etmədikcə, yarama daha da ziyan vururdular. İstəyirdilər ki, daxili orqanlarıma nəsə etsinlər. Mənə dedilər ki, biz dediyimizi de. İstəyirsən, o birini gözünü də çıxarım? Mən dedim ki, dayanma. Tibb bacıları da bilərəkdən iynəni bir damara 15-20 dəfə salıb-çıxarırdı. O qədər spirti dərimizin altına vurmuşdular ki, qolumuz qapqara idi”, - o bildirib.
“Bizimlə Beynəlxalq Qırmızı Xaç Komitəsi maraqlanırdı. Biz beynəlxalq təşkilatlara şikayətlərimizi demirdik ki, birdən ermənilər bizə nəsə edərlər”, - o əlavə edib.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












