Erməni təxribatı nəticəsində Tərtərə dəyən ziyan AÇIQLANDI

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.
Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.
O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib:
“Ümumilikdə 5138 obyektə baxış keçirilib. Onlardan 1696-sı mənzil, 3164-ü ev, 79-u qeyri-yaşayış sahəsi, 130 sahibkarlıq subyekti, 42-si sosial, 27-si isə inzibati binadır. Həmin obyektlərdən 68 ev, 1 qeyri-yaşayış sahəsi, 4 sahibkarlıq subyekti və 1 sosial obyekt tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Erməni təcavüzü nəticəsində rayon ərazisində 161 iribuybuzlu, 393 xırdabuynuzlu, 52 ev quşu, 17 at və 24 arı ailəsi məhv olub. Hadisələr nəticəsində 79 avtomobilə ziyan dəyib. Hazırda müraciətlər əsasında ziyan dəymiş obyektlərə baxış keçirilməkdə davam edir”.
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










