Ermənilər əsir götürdüyü hərbçimizin nəşini belə yandırdı - VİDEO
Avtoxəbər
29 Dekabr 2020 18:45

Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb. Bu barədə Avtosfer.az-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur: "Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb".
Məlumatda qeyd olunub ki, eyni zamanda Cenevrə Konvensiyalarına əsasən həlak olan şəxslər öz dini adət-ənənələrinə uyğun olaraq dəfn edilməlidir.
"Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq", - Ombudsman Aparatından bildirilib.
Oxunub : 2588
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
ŞƏRH YAZ












