"Ferrari" unikal "Roma Spider"i təqdim etdi - FOTO

"Ferrari" unikal layihəsini - qum, ağac və digər qeyri-adi materiallardan hazırlanmış komponentlərin istifadəsi də daxil olmaqla, "Tailor Made" tərəfindən dizayn edilmiş unikal "Roma Spider" kabrioletini təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Championat" məlumat yayıb.
Avtomobil "Ferrari" avtomobillərinin bəzədilməsi üçün müxtəlif materiallardan istifadə imkanlarının nümayişi üçün yaradılıb. Beləliklə, oturacaqları tikmək üçün istifadə olunan sapların tərkibində təkrar emal edilmiş təkərlərin hissəcikləri var.

Bundan əlavə, korpus hazırlandıqdan sonra qalan alüminium mühərrikin komponentlərində istifadə edilmişdir. Salonun detallarının bir hissəsi ağacdan, mərkəzi konsolun bəzəyi isə sıxılmış qumdan hazırlanmışdır.

Həmçinin, xüsusilə bu "Ferrari Roma Spider" üçün "Montblanc" şirkəti platinlə örtülmüş qızıl ucu olan xüsusi "Meisterstück" qələmini buraxıb - onun korpusu avtomobilin korpusu kimi "Oro Mida" rənginə boyanmışdır.

Kapotun altında avtomobil 456 kVt (620 at gücü) gücünə malik standart 3.9 litrlik tvin-turbo F154 BH V8 mühərrikinə malikdir. Sportkar 100 km/saat həddinə 3.4 saniyəyə sürətlənir, maksimal sürəti isə 320 km/saatı ötür.
(oxu.az)

Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












