“Fiat 500e”nin istehsalı yenidən dayandırıldı

Stellantisin “Fiat 500e”nin istehsalını dayandırmaqdan başqa çarəsi yoxdur. Müştəri tələbinin hələ də aşağı səviyyədə olduğu məşhur şəhər avtomobili Mirafiori fabrikində istehsalını dayandırmaq məcburiyyətindədir. İtaliyadakı fabrik artıq bu il bir neçə dəfə istehsalı dayandırdığını elan edib. Lakin dekabrın 18-dən yanvarın 5-dək davam etməsi planlaşdırılan “tətil”in dekabrın 2-dən başlanması üçün yenilənməsi böyük sürprizdir.
Nəticədə “Fiat 500e” 2 dekabr bazar ertəsindən 5 yanvar 2025-ci il bazar gününə qədər istehsal olunmayacaq. “Maserati” də eyni problemlə üzləşdiyi üçün bu müddət ərzində aşağı tələbatdan təsirlənən “Gran Turismo” və “Grab Cabrio” istehsalını dayandıracaq. Stellantis-in rəhbəri Karlos Tavaresin sözlərinə görə, bu vəziyyət pis marketinq strategiyalarının günahıdır.
Stellantis, müxtəlif Avropa bazarlarında elektrikli avtomobil satışlarında davam edən qeyri-müəyyənlik səbəbiylə istehsalının 97%-nin elektrik avtomobillərdən ibarət olduğu Turindəki fabrikdə müvəqqəti fasilə verdiklərini söylədi. Amerika və Çin bazarınlarda belə lüks avtomobillərə tələbatın az olması “Maserati”nin satışlarına dərindən təsir edir.
“Fiat” artıq yeni “500”ün daxili yanma mühərrikli versiyasını istehsal edərək satış rəqəmlərini artırmaq üçün hərəkətə keçib. Planda, 2026-cı ildə hibrid güc bloku ilə təchiz olunmuş “500” modelini təqdim etməzi nəzərdə tutulub. Bu arada, Polşada istehsal olunan əvvəlki model hələ də böyük ölkələrdə satılır.
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO












