Formula 1 sükanındakı onlarla düymə əslində nə üçündür? - FOTO

Formula 1 yarışını izləyərkən ən çətin döngələri belə yüksək sürətlə döndərə bilən pilotların əlindəki mürəkkəb klaviaturanın nə işə yaradığını heç düşünmüsünüzmü?
Saatda 370 km sürətə çatan və orta dəyəri 20 milyon avro olan Formula 1 (F1) avtomobillərinin hər bir hissəsi həqiqətən qızıl dəyərindədir. Şübhəsiz ki, yarışı izləyərkən ağlımıza gələn ilk sual F1 sükanında niyə bu qədər düymənin olması və pilotların bu düymələrlə nə edə biləcəyidir.
Gəlin, istedadlı pilotun barmaqlarının ucunda olan bu mürəkkəb düymələrlə hətta 370 km/saat sürətlə də nə edə biləcəyinə nəzər salaq.
F1 avtomobilləri unikal olduğu üçün təbii olaraq hər sükan eyni deyil, lakin sükan imkanlarının oxşar olduğunu asanlıqla deyə bilərik.
F1 pilotlarının sürücü deyil, pilot adlandırılmasının səbəbi hər ikisinin yüksək sürətlə sürülməsi və sükanının avtomobildən çox təyyarənin sükanına bənzəməsidir. Hər komandanın özünəməxsus sükan dizaynını bir yana qoyaq, hətta eyni komandadakı pilotların da sükanı fərqlidir. Xüsusi hazırlanmış bu sükan çarxları pilotların özlərini ən rahat hiss etmələri üçün dizayn edilir.
Aşağıdakı şəkildə, F1-in ən köklü komandalarından biri olan İtalyan nəhəngi Scuderia Ferrari tərəfindən 2022-ci ildə dizayn edilmiş və bu mövsüm istifadə edilən Ferrari F1-75-in sükanıdır. Sükana ön tərəfdən baxdıqda aydın olmasa da, pilotların ən böyük üstünlüklərindən biri olan DRS düyməsi sükan çarxının arxa tərəfində, pilotun düz əlinin altındadır.
Sükan çarxının ortasındakı LCD ekran isə işıq sürəti ilə rabitə bildirişlərini və bir çox başqa məlumatları, xüsusən də avtomobilin vəziyyətini pilota ötürür.
ted.az
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır











