Gömrük Komitəsi: Rusiya ilə sərhəddəki sıxlıq yaxın günlərdə tam aradan qaldırılacaq

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında yaranan yük nəqliyyat vasitələrinin sıxlığı xeyli azalıb və yaxın günlərdə tam aradan qaldırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov deyib.
O bildirib ki, mövsümlə əlaqədar kənd təsərrüfatı məsullarının ixracı, ölkəmizdən tranzit keçən nəqliyyat vasitələrinin artımı və qarşı tərəfin buraxılış sayına uyğun az keçidin təmini dövlət sərhədinin qarşısında yük avtomobillərinin sıxlığının yaranmasına səbəb olmuşdu.
Azərbaycan və Rusiya hökumətləri arasında aparılan danışıqlar nəticəsində sərhədkeçmə prosesləri xeyli sürətləndirilib. Belə ki, əvvəllər “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin ixrac nəzarət xəttindən gündəlik 200-250 avtomobilin keçidi təmin olunurdusa, hazırda bu rəqəm 550-600-ə çatdırılıb.
Xatırladaq ki, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında 3500-ə qədər yük nəqliyyat vasitəsi növbə gözləyirdi, görülən tədbirlər nəticəsində onların sayı 400-450-yə qədər enib.
Yaxın günlərdə sıxlığın tam aradan qaldırılması üzrə işlər aparılır.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












