Gürcüstandan Azərbaycana avtomobil ixracı 64,8% artıb

2021 -ci ilin birinci yarısında Azərbaycan Gürcüstandan 113,5 milyon dollar dəyərində 16 min 906 avtomobil idxal edib.
Avtosfer.az xəbər verir ki, bunu Gürcüstan Milli Statistika Xidməti bildirib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 64,8 faiz (6 649 avtomobil) çoxdur.
Birinci yarımildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 493,25 milyon dollar təşkil edib ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Bu dövrdə Azərbaycan 7,9 faiz payla Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ümumi ticarətdə Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.
İlin birinci yarısında Gürcüstan Azərbaycana 244,3 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.
Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxalı 6,7 faiz azalaraq 248,8 milyon dollara düşüb.///fins.az
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












