Hansı daha təhlükəlidir: Avtomobil, yoxsa elektromobil? - FOTO

Dünyada elektromobil istifadəçilərinin sayı durmadan artır. Çox adam rahatlıq üçün məhz bu texnikanı seçir. Lakin məlum olub ki, elektromobilin kənar təsirləri də var.
Avtosfer.az xəbər verir ki, britaniyalı tədqiqatçılar elektromobilin piyadalara təsirini aradırıblar. Tədqiqatın nəticələri “Epidemiology and Community Health” jurnalında dərc edilib.
Bir illik hərəkət və qəza statistikasına nəzər yetirdikdə məlum olub ki, elektromobillərin və doldurulabilən hibridlərin piyadaları vurmaq riski klassik ənənəvi maşınla müqayisədə 2 dəfə çoxdur. İntensiv şəhər hərəkətində isə bu risk 3 dəfə çoxdur!
Əslində burada qeyri-adi heç nə yoxdur. 20 km/saatdan aşağı sürətlə hərəkət edən elektromobilin səsini eşitmək mümkün deyil. Nisbətən yüksək sürətdə təkərlərin səsi eşidilir. Buna görə də piyada yaxınlaşan təhlükədən xəbərdar olmur.
Tədqiqat zamanı məlum olub ki, bütün Avropada yol qəzasında ölən və xəsarət alan piyadaların əksəriyyəti gənclərdir. Başı telefona qarışan və ya musiqi dinləyərək özünü dünyadan təcrid edən gənclər bəzən nəinki elektromobil, hətta Dizel mühərrikli avtomobilin də yaxınlaşdığını duymurlar. Nəticə də çox vaxt ürəkaçan olmur.
Azərbaycana gəldikdə isə, təəssüf ki, ölkəmizdə piyadavurma halları yol qəzalarının böyük hissəsini təşkil edir. Lakin bizdəki qəzaların xarakteri hansısa texnikanı ittiham etməyə əsas vermir.
Vüqar Yaşaroğlu
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











