Həyat yoldaşının ad günündə evinə şəhid kimi dönən igidimiz - VİDEOREPORTAJ

Vətən müharibəsində qazanılan qələbədə pay sahibi olanlardan biri də Tural Qasımovdur.
Baku TV xəbər verir ki, Goranboyun Düzqışlaq kəndində doğulub boya-başa çatan T.Qasımov ailənin son beşiyi idi. 29 yaşlı hərbçi Tərtər istiqamətində gedən ağır döyüşlərdə düşmənə endirdiyi dəqiq atəş zərbələri ilə fərqlənib. Düşməni məhv edərək irəlləyən zaman T.Qasımov yaralanıb. Həmin vaxt yarasına məhəl qoymadan hərbçi yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına şəhid olub.
T.Qasımov ağır döyüşlərdə iştirak etsə də bunu valideynlərindən gizlətməyə çalışıb. Anasına söz verib ki, oktyabrın 11-də, həyat yoldaşının doğum günündə evə dönəcək. Oğul vədinə əməl edib, həmin gün o öz evinə dönüb, amma şəhid olaraq.
T.Qasımovun yeddi ay öncə dünyaya gələn oğlu Əli hələ ki, olanlardan xəbərsizdir. Böyüdükcə kitablardan oxuyub, doğmalarının dilindən eşidib atasının 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti, qəhrəmanlığı ilə fəxr edəcək.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












