Hibrid avtomobillərlə bağlı ƏDV güzəştinin müddəti artırılır

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində sosial xarakterli dəyişikliklər sırasında hibrid avtomobillərə verilən güzəştlərin müddətinin artırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib. O bildirib ki, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddətinin 1 yanvar 2025-ci ildə bitməsi nəzərdə tutulurdu. Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, eyni zamanda “yaşıl artım ölkəsi” prinsipi nəzərə alınmaqla həmin güzəştin müddətinin daha 1 il uzadılması gözlənilir.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











