"Jaguar" Britaniyada avtomobil satışını dayandırdı - SƏBƏB

Əfsanəvi Britaniya avtomobil istehsalçısı "Jaguar" Böyük Britaniyanın daxili bazarında yeni avtomobillərin satışını dayandırmaq qərarına gəlib. Bu, təxminən dörd il əvvəl təqdim edilən "Reimagine" adlı yeni brendin inkişaf strategiyası ilə bağlıdır.
Avtosfer.az bu barədə Motor1.com şirkətin bəyanatına istinadən məlumat verib.
Bu strategiyaya əsasən, "Jaguar" 2025-ci ilə qədər tam olaraq lüks elektrikli avtomobil istehsalına keçməlidir. Bununla əlaqədar olaraq şirkət "E-Pace", "XE", "XF", "F-Type" və "F-Pace" kimi məşhur modellər də daxil olmaqla, Britaniya bazarı üçün daxiliyanma mühərrikli bütün modellərin istehsalını dayandırıb. Yığılmış bütün avtomobillər artıq satılıb.
Xarici bazarlar üçün "F-Pace" yolsuzluq avtomobilləri hələ də istehsal olunur, lakin onların da günləri sayılıdır.
"Jaguar"ın yeni strategiyasına görə, brend BMW, "Mercedes-Benz" və "Audi" kimi ənənəvi rəqiblərlə deyil, "Bentley" və "Aston Martin" kimi markalarla rəqabət aparacağı daha yüksək seqmentə keçəcək.
"Jaguar" hələ yeni nəsil elektrikli avtomobil təqdim etməyib, lakin ilk modelin "Porsche Taycan"ın rəqibi olacağı gözlənilir. 2026-cı ildə isə şirkət "Bentley Bentayga" lüks yolsuzluq avtomobilinə rəqib buraxacağını vəd edir.
Bununla paralel olaraq, indi sadəcə JLR adlanan "Jaguar Land Rover" şirkətinin strukturunda dəyişikliklər baş verir. "Land Rover" brendi yox olacaq və onun yerini "Defender", "Discovery" və "Range Rover" olmaqla üç marka tutacaq.
(oxu.az)
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin












