Əmisi oğlunu döydü, daha sonra "Toyota" ilə üstündən keçib öldürdü - İmişlidə DƏHŞƏT

Fevralın 9-da İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İmişli rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib, daha sonra həmin gün kəndin örüş otlaq sahəsində "Toyota Land-Cruiser" markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












