"Lotus" bir neçə elektromobil istehsalını TƏXİRƏ SALDI

İngiltərənin nəhəng avtomobil istehsalçısı "Lotus" gözlənilməz addım ilə diqqətləri üzərinə çəkib.
Avtosfer.az xəbər verir ki, şirkət elektrikli idman avtomobili layihəsini dayandırıb.
Bunun təxirə salındığı açıqlanıb. Böyük maraqla gözlənilən "Type 135" adlı modelin konkret olaraq hansı tarixə qədər təxirə salındığı isə elan olunmayıb. Üstəlik, "Emira" modeli ilə bağlı da bənzər addımın atılma ehtimalı var. Sözügedən avtomobilin isə elektrikli əvəzinə, hibrid versiyası istehsal oluna bilər.
Bundan başqa, "Lotus" "Porsche Macan"a rəqib olacağı gözlənilən modelin də istehsal tarixini təxirə salıb. Bir müddət bundan əvvəl isə şirkətin 2028-ci ildə elektromobillərə keçid etmə planı təxirə salınmışdı.
Qeyd edək ki, şirkətin gələcək planlarında etdiyi bu dəyişikliklər avtomobil sənayesindəki qeyri-müəyyənliklərin və dəyişən istehlakçı tələblərinin təzahürü kimi dəyərləndirilir.
(hit.az)
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












