"Mən Şuşa türməsində ordumuzun gəlişini eşitdim" - Dilqəm Əsgərov

“Hələki özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən elə birinci gündən vətənə qayıdacağıma inanırdım.”
Bu sözləri erməni əsirliyindən azad olunan Dilgəm Əsgərov Unikal.org-a açıqlamasında bildirib. O, qeyd edib ki, ermənilər əsirlikdə onlara işgəncə veriblər:
“Mən türmədə ermənilərə də deyirdim ki, gec-tez Azərbaycan əsgəri gələcək.Bu gün xoşbəxtəm ki, ordumuz gözəl torpaqlarımızı azad etdi.Qarabağımız, Kəlbəcərimiz azad oldu.Bundan böyük sevinc ola bilməz.Allah şəhidlərimizə rəhmət eləsin.Prezidentimizə də bizi vətənə qaytardığı üçün təşəkkür edirəm. Ermənilər məni təzə tutanda işgəncə verdilər. Hər əlimdən bir barmağımı sındırdılar. Bədənimə elektrik cərəyanı qoşdular. Mən Şuşa türməsində idim. Atışma olanda eşidirdim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə bizə radio vermişdilər. Ordumuzun hücuma keçməsini də radiodan eşitmişdim. Cənab prezidentimizin çıxışlarını dinləyirdim. İnanın səmimiyyətimə Ali Baş Komandanımızın “Nə oldu Paşinyan” deməyini eşitdikcə qürur duyurdum. Əsgərlərimiz Şuşaya çatanda gecə ilə məni çıxarıb Gorusa apardılar. Oradan da Yerevana gətirdilər. Azərbaycana qayıtdığıma görə çox xoşbəxtəm. “
"Yaxın illərdə problem daha da kəskinləşə bilər" - Elektromobil bazarında yeni çağırış
Çinli istehsalçılar hər gün 4 yeni model təqdim edir – KİM QAZANIR, KİM UDUZUR?
Azərbaycanda bu avtomobillərlə bağlı sürücülük vəsiqəsi lazım olmayacaq - Prezident təsdiqlədi
Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var










