Banner

Pakistanda avtobus avtosisternlə toqquşdu; 10 nəfər ÖLDÜ

Qəzalar 19 Noyabr 2026 17:54
Pakistanda avtobus avtosisternlə toqquşdu; 10 nəfər ÖLDÜ
WhatsApp kanalımıza abunə olun

Pakistanın cənub-qərbində sərnişin avtobusunun mayeləşdirilmiş neft qazı (LPG) daşıyan avtosisternlə toqquşması nəticəsində ən azı 10 nəfər ölüb.

Avtosfer.az DAWN-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, Turbatdan Karaçiyə gedən avtobus Ormara rayonunun Basol yaşayış məntəqəsi yaxınlığında avtosisternlə toqquşub. Toqquşma nəticəsində yanğın baş verib və alov sürətlə hər iki nəqliyyat vasitəsini bürüyüb. Bir neçə nəfər yanıq xəsarəti alıb.

Xilasetmə xidmətləri, yerli administrasiya nümayəndələri və yol polisləri hadisə yerinə gəliblər. Zərərçəkənlər Ormara tibb mərkəzinə aparılıb.

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh