Milyonluq avtomobil sahibinə çatdırılarkən qəzaya düşdü - FOTO

Britaniya vətəndaşının başına maraqlı iş gəlib.
Avtosfer.az xəbər verir ki, Cersi adasının sakini evində oturarkən ona zəng gəlir. Telefonda “Ferrari” satış mərkəzinin meneceri idi. Qısa hal-əhvaldan sonra menecer deyir: Cənab, təbrik edirəm, avtomobiliniz yoldadır, təxminən 10 dəqiqəyə sürücü onu evinizə çatdıracaq.
Zəngdən təxminən 20 dəqiqə keçir və sifarişçi narahat olmağa başlayır. Bu zaman onun dərsdən qayıdan oğlu atasına telefonla çəkdiyi qəza şəklini göstərir: Qırmızı “Ferrari” kiçik bir “Honda” ilə toqquşaraq darmadağın olmuşdu.
Şübhələnən milyonçu narahat halda oğlunu da götürüb hadisə yerinə gedir. Məlum olur ki, qəzaya düşən “Ferrari” ona göndərilən avtomobil imiş. Naməlum səbəbdən 2 avtomobil düz yolda toqquşub. “Honda”ya ciddi ziyan dəysə də, bərpası mümkündür. Cəmi 22 km qət etmiş “Ferrari”nin isə arxa asqısı qopub, bütün hava yastıqları açılıb. Kim təzə avtomobili təmir edib sürmək istəyər?
Təəssüf ki hadisədən sonra satıcı ilə müştəri arasında olan söhbətlə bağlı heç yerdə məlumat yoxdur.
Vüqar
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO













