Moped sürənlərlə bağlı QANUN qəbul edildi - Nömrə və vəsiqə almalı olacaqlar

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisdə bu gün müzakirə olunaraq birinci oxunuşda qəbul olunan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
Bu yanaşma həm moped sürücülərinin, həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq.
Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar.
Hazırda moped sürücülərinin sayının minlərlə olduğu nəzərə alınaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











