Müharibə vaxtı Kim Kardaşyana xeyli zərbə vuran azərbaycanlı - FOTO
Qarabağ 28 Noyabr 2020 11:10 Oxunub 25746
Müharibə vaxtı Kim Kardaşyana  xeyli zərbə vuran azərbaycanlı - FOTO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlər tək ön cəbhədə deyil, arxa cəbhədə də getdi. Arxa cəbhədə gedən informasiya döyüşündə xalqımız çox gözəl birlik nümayiş etdirdi. Bu mübarizədə əsasən gənclər aktivlik göstərirdi. Düşməni layiqincə susduran, informasiya sahəsində onlara zərbələr endirən gənclərdən biri də Cəfər Nəcəfovdur.
O, müharibə dövründə etdiyi qəhrəmanlıqları Avtosfer.az-la bölüşüb.
Cəfər Nəcəfovun bizə danışdıqlarını olduğu kimi sizə təqdim edirik:

"Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın başlatdığı “Həqiqəti Paylaş” onlayn kampaniyası çərçivəsində mən və həmkarlarım bütün mövcud resurslarımızdan istifadə edərək bu informasiya müharibəsində əlimizdən gələni etdik və edirik.
⁣⁣Çox sevindirici hal idi ki, hər bir Azərbaycan vətəndaşı bir yumruq kimi birləşib erməni yalanını ifşa etdi və erməni təcavüzü haqqında reallıqları bütün sosial şəbəkələrdə və platformalarda beynəlxalq auditoriyaya çatdırdı.
⁣⁣Özünü Azərbaycan vətəndaşı, Azərbaycanın, bu millətin bir parçası hesab edən hər bir kəsin vətəndaşlıq borcudur ki, belə bir həssas məqamdə ölkənin maraqları onun prioritetinə çevrilsin və o bunun uğrunda öz bacarıqlarından və resurslarından maksimum şəkildə istifadə etsin.

İşğalçı Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün biz də sosial media platformalarından maksimum şəkildə istifadə edirdik.

Dəfələrlə həştəqlərimiz dünya trendinə düşmüşdür.

Müharibənin ilk günlərində məşhur erməni əsilli influencer Kim Kardashian öz instagram səhifəsindən bütün dünyaya işğalçı ermənistan ordusuna ianə olunmasını istədi.
Təbii ki, biz buna səssiz qala bilməzdik.
Ona görə də, Kim Kardashian və onun kimi digər böyük izləyici kütləsinə malik erməni influencerlərin yalan məlumatlar və erməni terrorçularına dəstək paylaşımlarının qarşısını almaq üçün onların bizneslərinə hücumlar təşkil etməli olduq.
Hücumlar əsasən telegram kanalımdakı ordum vasitəsilə gizlin həyata keçirilirdi.
Bir gün içərisində Kim Kardashianın 5 ulduz reytinqinə sahib bizneslərini 2 ulduzdan da aşağıya sala bildik və uğurlu cəhdlərimizdən sonra artıq Googleda bu kimi şəxslərin bizneslərinin adını yazan şəxslərin qarşısına "bu saytlardan alış veriş olunması məsləhət deyil" xəbərdarlığı çıxmağa başladı.

Bu bizim üçün informasiya müharibəsində çox böyük uğur idi, çünki ondan sonra Kim Kardashian erməni ordusuna dəstəklə bağlı heç bir paylaşım etmədi və digər erməni əsilli məşhurlar da Kim Kardashiana olan bu hücumların onların da başına gələ biləcəklərindən ehtiyatlanaraq onlar da paylaşım etdikdə riski göz önünə gətirib ən azından 2 dəfə düşünürdülər.

İnformasiya müharibəsi bitmiş sayılmır və biz hələ də öz mübarimizə davam edirik.

Mən fürsətdən istifadə edərək bütün xalqımı bu böyük qələbəmiz münasibətilə təbrik edirəm, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Qeyd edək ki, Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının rəis müavini Xosrov Nəcəfovun oğludur, anası isə Azərbaycan Respublikasının Xalq artisti müğənni Mələkxanım Əyyubovadır.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh