Mühərrikin yuyulması zamanı nələrə diqqət edilməlidir? – USTADAN MƏSLƏHƏT - VİDEO

Bəzən avtomobilin mühərrikində illərlə yağ, çirk və digər maddələr yığılıb qalır. Başqa sözlə, avtobillərin mühərrikinin yuyulması zərurəti yaranır.
Avtomobil sahibləri isə bəzi hallarda mühərrik hissəsinin yuyulmasına risk etmirlər.
Bəs həqiqətən də bu hissənin yuyulması avtomobilə zərər verə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, 13 ildir, bu işlə məşğul olan Ömər Hafiz deyir ki, bütün hallarda mühərrik hissə yuyulan zaman diqqətli olmaq lazımdır. Əks halda, ani diqqətsizlik avtomobil sahiblərini əlavə maddi zərərə sala bilər. O tövsiyə edir ki, bu iş mütləq peşəkarlara həvalə olunmalıdır. Sonrakı mərhələdə mühərrik hissəsinə keyfiyyətli dərman və ya yuyucu vasitələr vurulmalıdır ki, naqillərə və digər plastik hissələrə zərər verməsin. Dərman vurduqdan 5 dəqiqə sonra isə yuyulma prosesi başlayır. Su ilə yuyulduqdan sonra isə həmin hissənin qurudulması mütləqdir. Ömər usta onu da qeyd etdi ki, avtomobilin mühərrikinin yuyulması qiymətləri 30 manatdan başlayır. Qiymət marka, model, çirklilik səviyyəsi və riskə görə dəyişir.
Ətraflı videomaterialda.
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ











