"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan Motor"un maliyyə direktoru Stiven Ma (Stephen Ma) istefa vermək üzrədir.
Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg News" şənbə günü məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb. Bu məlumat Yaponiya avtomobil istehsalçısının mənfəət barədə xəbərdarlıq etməsi və qlobal miqyasda minlərlə iş yerini ixtisar etməyi planlaşdırdığını elan etməsindən bir neçə həftə sonraya təsadüf edir.
Mənbələrin verdiyi məlumata görə, Stiven Ma-nın şirkətdən ayrılacağı, yoxsa vəzifəsindən azaldılacağı hələ dəqiq deyil. Onun ofisi bu barədə şərh verməkdən imtina edib.
"Nissan", "Reuters"-in məsələ ilə bağlı sorğusuna da şərh verməyib.
Stiven Ma 2019-cu ildə Hiroşi Karubeni əvəz edərək "Nissan"-ın maliyyə direktoru təyin edilib. Bu təyinatdan bir neçə həftə əvvəl isə şirkət Çin biznesinin rəhbəri Makoto Uçidanı baş direktor təyin etmişdi.
Bu ayın əvvəlində "Nissan", cari maliyyə ilində Çində və ABŞ-da — onun ən böyük iki bazarında — satışların azalması fonunda xərcləri 2,6 milyard dollar azaltmağa çalışdığı üçün 9,000 iş yerini və qlobal istehsal gücünün 20%-ni ixtisar edəcəyini açıqlayıb.
Bu planlar göstərir ki, avtomobil istehsalçısı 2018-ci ildə keçmiş sədr Karlos Qonun (Carlos Ghosn) vəzifədən uzaqlaşdırılmasından və "Renault SA" ilə tərəfdaşlığın məhdudlaşdırılmasından sonra yaranan daxili qarışıqlıqdan hələ tam bərpa olmayıb.
"Nissan"ın qlobal satışları cari maliyyə ilinin ilk yarısında 3.8% azalaraq 1,59 milyon avtomobilə düşüb ki, bu azalma əsasən Çindəki 14.3%-lik enişlə əlaqədardır.
Digər xarici avtomobil istehsalçıları kimi, "Nissan" da Çin bazarında ciddi çətinliklərlə üzləşir. BYD və digər yerli istehsalçılar qabaqcıl texnologiyaya malik sərfəli elektrikli və hibrid avtomobillərlə bazar payını artırır.
Lakin "Nissan"ın əsas problemi ABŞ bazarında inandırıcı hibrid avtomobil xəttinin olmamasıdır. Bu isə rəqib Yaponiya istehsalçısı "Toyota"-nın, benzin-elektrik hibrid avtomobillərə artan tələbat fonunda, bazarda üstünlük qazanması ilə ziddiyyət təşkil edir.
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı












