O da Vətən müharibəsində itkin düşüb... - Foto

Vətən müharibəsində itkin düşən 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan iki aydan artıqdır ki, xəbər yoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya hərbçinin qardaşı Cavad Bayramov məlumat verib. Onun sözlərinə görə, qardaşı ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb.
“Qardaşım 1994-cü ildə Saatlı rayonunun Çoplu kəndində anadan olub. Müharibənin ilk günlərində, sentyabrın 28-də çağırış olunub və sentyabrın 29-da onu yola salmışıq. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər. Qardaşım Laçında xidmət edib”, - deyə Cavad Bayramov bildirib.
O qeyd edib ki, qardaşı ilə iki aydan artıqdır ki, əlaqə saxlaya bilmirlər: “Sonuncu dəfə Cəlalla oktyabrın 27-də danışdıq. Dedi ki, Laçının Arpagədik kəndindədirlər. Ondan sonra xəbər ala bilməmişik. Heç bir döyüş yoldaşını da tapmamışıq. Hərbi hissədən deyilənə görə, əsir düşmə ehtimalı var. Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişik. Deyirlər ki, axtarış aparılır”.
Qeyd edək ki, Müdafiə Nazirliyi hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR












