Parklanma yerlərində elektromobillər üçün enerjidoldurma məntəqələri yaradılacaq

Azərbaycanda elektrik mühərrikli avtonəqliyyat vasitələrindən istifadə üzrə infrastruktur genişləndiriləcək. Bu, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub. Belə ki, bu ilin iyun ayının 1-dək, parklanma yerlərində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrinin (EDM) yaradılması, elektrik mühərrikli avtomobillərin parklanma yerlərindən güzəştli istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.
Müvafiq təkliflərin hazırlanması Bakı Nəqliyyat Agentliyinə, Daxili İşlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Energetika Nazirliyinə, “Azərişıq” ASC-yə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub.
Oktyabrın 1-dək elektrik enerjisi təchizatçısı tərəfindən EDM-lərə elektrik enerjisinin satışı qiymətlərinin tənzimlənməsi, o cümlədən gecə-gündüz tariflərinin tətbiq edilməsi məsələsi nəzərdən keçiriləcək.
EDM-lərin şəbəkəyə qoşulması üzrə texniki şərtin verilməsi və müvafiq qoşulmanın təmin edilməsi prosesinin sadələşdirilməsi və bu sahədə qoşulma haqqının aşağı salınması imkanlarının araşdırılmasına dair iyunun 1-dək təkliflər hazırlanacaq. Dekabrın 1-dək isə EDM-lər haqqında məlumatları interaktiv xəritə üzərində əks etdirən internet informasiya ehtiyatı (mobil əlavə də daxil olmaqla) yaradılacaq.
Bununla yanaşı noyabrın 1-dək bu tipli nəqliyyat vasitələrinin ödənişli yollardan ödənişsiz (və ya diskontlu ödəniş) əsasda istifadə imkanları araşdırılaraq təkliflər hazırlanacaq.
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










