Pilotsuz ictimai nəqliyyat sınaqdan keçiriləcək

Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti 2025-ci ilin yazında sürücüsüz ictimai nəqliyyatı sınaqdan keçirəcək.
Avtosfer.az xəbər verir ki, Sürix kantonu və “SBB/CFF” dəmir yolu şirkəti avtomatlaşdırılmış ictimai nəqliyyatı sınaqdan keçirəcək. 2025-ci ilin yazından etibarən Sürix yaxınlığındakı Furttal bölgəsinin əsas dəmir yolu qovşaqlarına pilotsuz servis maşınlarından istifadə etməklə çatmaq mümkün olacaq.
“SBB” şirkəti və Sürix kantonu əmindir ki, avtomatlaşdırılmış xidmətlər regionun sakinləri üçün mühüm əlavə xidmətlərin mənbəyi ola bilər. Onlar iqtisadi və çevik işləməklə, xüsusilə kənd və şəhərətrafı ərazilərdə nəqliyyat xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialına malikdirlər.
Furttal kənd rayonu pilot rayon kimi seçilib. Əhali strukturu və Sürixdən Badenə gedən əsas dəmir yolu xətti ilə əlaqəli mövcud ictimai nəqliyyat şəbəkəsinə görə o, bu layihə üçün idealdır (bu iki şəhər 19-cu əsrdə ölkədə dəmir yolu ilə birləşdirilən ilk yaşayış məntəqələri idi).
Test mərhələsinin başlaması 2025-ci ilin yazına planlaşdırılır. Servis avtomobilləri adi yol hərəkətində iştirak edəcək, lakin sükan arxasında adam olmadan. Maşınlar xüsusi proqram təminatı vasitəsilə idarə olunacaq.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












